"EGPFAT" şirkətlər qrupu Azərbaycanlı peşəkar hüquqşünaslar və vergi ekspertləri tərəfindən təsis edilmiş audit, maliyyə, vergi və hüquq şirkətidir.
"EGPFAT" şirkətlər qrupu müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, enerji və təbii sərvətlər, alternativ enerji, IKT, tikinti, hotelçilik, sənaye istehsalı, maşınqayırma, kənd-təsərrüfatı, qida sənayesi, təhsil, xidmət sahəsi, idxal və ixrac, topdan və pərakəndə satış sahələrində ixtisaslaşmış hüquq və vergi xidmətləri, habelə dövlət və ictimai qurumlara konsaltinq xidmətləri göstərir.
Şirkət xidmətlərinin göstərilməsi zamanı beynəlxalq standartlara əsaslanan yanaşma tətbiq edir habelə sahələr üzrə geniş-çeşidli konsultasiyalar verir. Həmçinin müəssisələrdə düzgün qərarların qəbul edilməsində, istənilən investisiyalarda, əhəmiyyətli riskləri qiymətləndirməsində, dələduzluq sxemlərindən qorunmasına köməklik göstərir. Müştərilərimizin ən mürəkkəb idarəetmə və vergi problemlərinə innovativ və praktik həllər təqdim edir.
Bizim əsas (Audit,Vergi və Hüquq) xidmətlərimizə əlavə olarq müəssisələrdə daxili nəzarət sisteminin yaradılması, qaydalar- prosedurlar və uçot siyasətinin tərtibi, korporativ və şirkət işləri, müqavilələr və əqdlər, o cümlədən iri məbləğli və çoxdilli müqavilələrin tərtib edilməsi də danışıqlarda iştirak, Azərbaycan miqrasiya hüququ ilə bağlı məsləhətlər və xidmətlər, Azərbaycana biznesin köçürülməsi və qurulması ilə bağlı məsləhətlər, Vergi xidmətləri və gömrük rəsmiləşdirilməsi zamanı hüquqi dəstək, mühasibatlıq xidmətləri, mübahisələrin həll edilməsi və borcların alınması, ailə hüququ ilə bağlı məsləhətlər, o cümlədən beynəlxalq xüsusu hüququn iştirak etdiyi ailə-nikah məsələləri, əmək müqaviləsi və əmək məsələləri məsləhətləri, işdən çıxarılma və əmək mübahisələri zamanı hüquqi yardım, vəkil xidmətləri və Azərbaycan qanunvericiliyi ilə bağlı digər məsləhət və xidmətlər daxildir.
Ənənəvi Azərbaycan hüquq şirkətlərindən fərqli olaraq, “bir pəncərə” prinsipi əsasında, hüquq xidmətlərimizi dəstəkləyici vergi və mühasibatlıq xidmətləri ilə tamamlayırıq.
"EGPFAT" şirkətlər qrupu ilə atdığınız hər addım uğura doğru addımınızdır!